İŞİD-də döyüşən azərbaycanlılar son söz deməkdən imtina etdilər
27 may 2015 17:06 (UTC +04:00)

İŞİD-də döyüşən azərbaycanlılar son söz deməkdən imtina etdilər

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və  Elvin Dursunəliyevlərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət  Universitetinin 2-ci kursunda təhsilini yarımçıq qoyaraq Suriyaya gedən Malik Musayev son söz deyib.  O, bildirib ki, elan olunmuş ittihamın əsası yoxdur. Günahsız olduğunu söyləyən Malik Musayev barəsində bəraət hökmü çıxarılmasını istəyib.

 

Daha sonra prosesdə iki təqsirləndirilən şəxs son söz deyib, digər iki təqsirləndirilən şəxslər isə son söz deməkdən imtina edib. Yetkinlik yaşına çatmayan Vüqar Dursunəliyevin vəkili prosesə qatılmayıb. Bu səbəbdən Vüqar Dursunəliyev son söz deyə bilməyib. 

 

Məhkəmə iclası iyunun 3-də davam etdiriləcək.  

 

Xatırladaq ki,  keçən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən yetkinlik yaşına çatmayan Elvin Dursunəliyevə 5 il , digərlərinə isə 15 il cəza istəyib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.    Bundan başqa, Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyev də radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradıb. O, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib. 15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 136
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46