İŞİD-də döyüşən azərbaycanlılar Ali Məhkəməyə üz tutdular
10 avqust 2016 10:20 (UTC +04:00)

İŞİD-də döyüşən azərbaycanlılar Ali Məhkəməyə üz tutdular

Bakı Apellyasiya Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə təqsirləndirilən Elşən İsmayılov və Mirrahim Abdullayevin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi davam edib. 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi məhkəmənin ilkin baxış iclasından Ali Məhkəməyə kassasiya şikayəti verib. Ona görə də məhkəmə prosesi qeyri-müəyyən günə qədər təxirə salınıb.

 

Qeyd edək ki, E.İsmayılov və M.Abdullayev bir qrup şəxslərlə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD-in) tərkibində vuruşublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) və digər maddələrə əsasən ittiham olunublar.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 15 il və M.Abdullayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 234
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05