İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi - <span style="color:red;">DƏLƏDUZLUQ
21 sentyabr 2017 11:35 (UTC +04:00)

İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi - DƏLƏDUZLUQ

 

Müəllimlər İnstitutunun bağlanan Gəncə filialınının sabiq direktoru Ramiz Məmmədov axtarışa verilib. Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin dələduzluq(178), vəzifə səlahiyyətlərindən sui-istifadə (308) və vəzifə saxtakarlığı (313) maddələri ilə təqsirləndirilən Ramiz Məmmədov məhkəmə prosesindən yayındığı üçün onun barəsində axtarış elan edilib.

 

Qeyd edək ki, məhkəmə prosesi bu ilin fevralında başlayıb və R.Məmmədovun səhhəti ilə bağlı proses xeyli yubanıb. Daha sonra isə o, məhkəməyə gəlməkdən boyun qaçırıb.

 

Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub və yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində təhsil almayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.

 

Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə)  və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

 

R.Məmmədov onlarla vətəndaşa qarşı 922 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir. O, instituta düzəltmək adı ilə vətəndaşlardan külli miqdarda pul almaqda, saxta diplom verməkdə günahkar bilinir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 124

Oxşar yazılar

İki aylıq  qızını satan ana   saxlanıldı

İki aylıq qızını satan ana saxlanıldı

13 fevral 2025 , 17:49
Bakıda küçədə  kişi meyiti tapıldı

Bakıda küçədə kişi meyiti tapıldı

13 fevral 2025 , 17:36
Məhkəmə Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERDİ

Məhkəmə Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERDİ

13 fevral 2025 , 16:42
Tiktoker və model Çelsi həbs edildi

Tiktoker və model Çelsi həbs edildi

13 fevral 2025 , 16:25
Sumqayıtda bağban ağacdan yıxılıb öldü

Sumqayıtda bağban ağacdan yıxılıb öldü

13 fevral 2025 , 15:53
Bakıda evdən qızıl  oğurlayan qadınlar  tutuldu

Bakıda evdən qızıl oğurlayan qadınlar tutuldu

13 fevral 2025 , 15:13
"Turan" informasiya agentliyi fəaliyyətini dayandırdı

"Turan" informasiya agentliyi fəaliyyətini dayandırdı

13 fevral 2025 , 14:56
Məşhur "Show Baku" restoranı bağlandı - VİDEO

Məşhur "Show Baku" restoranı bağlandı - VİDEO

13 fevral 2025 , 11:40