İsa Qəmbərin maşını cərimə meydançasına aparıldı...
31 may 2013 10:57 (UTC +04:00)

İsa Qəmbərin maşını cərimə meydançasına aparıldı...

Dövlət Yol Polisinin əməkdaşları Müsavat Partiyasının başqanı İsa Qəmbərin olduğu maşını saxlayaraq cərimə meydançasına aparıblar.

 

Lent.az-ın “musavat.com” saytına istinadən verdiyi məlumata görə, Zaqatalaya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının mərhum anasının il mərasiminə gedən İsa Qəmbərin olduğu avtomobil Qəbələ rayonu ərazisində saxlanılıb.

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da hadisə yerində olub. Rauf Arifoğlu bildirib ki, DYP əməkdaşları hərəkətlərini maşının radara düşməsi ilə əlaqələndiriblər. Yarım saatlıq ləngimədən sonra İsa Qəmbərin olduğu avtomobil cərimə meydançasına aparılıb. Müsavat başqanı yoluna başqa avtomobillə davam edir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1755
avatar

Oxşar yazılar