İranlı narkotacirin istəyi reallaşmadı
08 sentyabr 2016 10:08 (UTC +04:00)

İranlı narkotacirin istəyi reallaşmadı

0

Bakı Apellyasiya Məhkəməsində İrandan Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilən İran vətəndaşı Sərdarpur Hüseynin birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən S.Hüseynin apellyasiya şikayəti təmin edilməyib.

 

 

Qeyd edək ki, S.Hüseyn ötən ilin sentyabr ayının 14-də İrandan Azərbaycana keçərkən Biləsuvar rayonu ərazisində saxlanılıb. Baxış zamanı onun üzərindən 1 kiloqramdan artıq narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Hüseyn 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 319

Oxşar yazılar