Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb. Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Eldar Mahmudovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə xalis çəkisi 7,83 qram olan narkotik vasitə - tiryək, 3 ədəd bükümdə isə ümumi xalis çəkisi 23,19 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.