İrandan bağırsağında narkotik keçirən şəxs tutuldu
30 iyun 2015 10:50 (UTC +04:00)

İrandan bağırsağında narkotik keçirən şəxs tutuldu

Irandan Azərbaycana narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Hüseynov Elnur Əlirza oğlu piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən, Astara Gömrük İdarəsinin Sərnişin şöbəsində onun üzərində şəxsi yoxlama aparılıb. Şəxsi yoxlama zamanı Elnur Hüseynovun daxili orqanı- düz bağırsağından üç ədəd bükümdə, ümumi xalis çəkisi 9.515 qram narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.

Azərbaycan Respublikası vətəndaşı Mirzəyev Şahmar Calaləddin oğlu piyada yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına gələrkən, Astara Gömrük İdarəsinin əməkdaşları onun üzərində şəxsi yoxlama aparıb. Şəxsi yoxlama nəticəsində Şahmar Mirzəyevin ayaqqabısının hər iki tayının içərisində, polietilen paketlərdə 98 ədəd, əyninə geyindiyi şalvarın bel hissəsində kəsilib doğranmış vəziyyətdə 149 həb olmaqla, cəmi 247 ədəd təsiredici maddəsinin xalis çəkisi 9.88 qram olan narkotik vasitə - metadon və ayaqqabının sol tayının daban hissəsində bir ədəd polietilen bükümdə xalis çəkisi 12.06 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktlarla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Səlcuq Elçin

Oxşar yazılar