İranda qəzaya düşən azərbaycanlı zəvvarlar vətənə dönüb - <span style="color:red;">YENİLƏNİB
14 aprel 2014 12:12 (UTC +04:00)

İranda qəzaya düşən azərbaycanlı zəvvarlar vətənə dönüb - YENİLƏNİB

Ötən gün İranın Ərdəbil vilayətində qəza keçirən azərbaycanlı zəvvarların hamısı vətənə dönüb.

 

APA-nın İranın “Səhər” telekanalına istinadən verdiyi məlumata görə, məsələ İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin işə qarışması ilə öz həllini tapıb. Belə ki, Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsində pasportları yanmış 9 zəvvara ölkəyə qayıtmağa icazə verilməyib və onlardan Azərbaycanın İrandakı səfirliyi vasitəsilə yeni pasport almaları üçün Tehrana getmələri istənilib. Bu səbəbdən digər zəvvarlar ölkələrinə qayıtsalar da, qalan 9 nəfər İranın Biləsuvar sərhəd-keçid məntəqəsində gecələmək məcburiyyətində qalıblar. 

 

İranın Azərbaycandakı səfirliyi həmçinin zəvvarlara kompensasiya ödənəcəyini açıqlayıb.

 

Qeyd edək ki, aprelin 13-də azərbaycanlı zəvvarları daşıyan sərnişin avtobusu Ərdəbil vilayətində, Sərçəm-Ərdəbil yolunun 95-ci kilometrliyində Bakı vaxtı ilə saat 04:15-də qəzaya uğrayıb. Hadisə Azərbaycan vətəndaşlarının Kərbəla və Məşhəd ziyarətindən qayıtdıqları zaman baş verib. Qəza nəticəsində yanğın baş verən “Scania 86” markalı avtobusda 42 sərnişin olub. Onlar dərhal avtobusdan təxliyə olunub. Zəvvarlardan 6 nəfəri yüngül bədən xəsarətləri aldığı üçün xəstəxanaya qaldırılıblar və ilkin tibbi müayinədən sonra Ərdəbilə aparılaraq Azərbaycana yola salınıblar.

# 1104
avatar

Oxşar yazılar

Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

17 may 2024 , 11:47
Bir günə 10-dan çox adamın 20 min manatı  ələ keçirildi

Bir günə 10-dan çox adamın 20 min manatı ələ keçirildi

17 may 2024 , 11:25
Nəsib Mehdiyev Bakı aeroportunda   saxlanıldı

Nəsib Mehdiyev Bakı aeroportunda saxlanıldı

17 may 2024 , 10:41
Gəncədə kişi qazdan boğulub öldü

Gəncədə kişi qazdan boğulub öldü

17 may 2024 , 09:20
APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

APA TV-nin rejissoru Emil Abdullayev vəfat edib

17 may 2024 , 08:25
Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

Zaqatalada 6 otaqlı ev yanıb KÜL ÖLDU

17 may 2024 , 07:33
Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

Hacıqabulda "Toyota" maneəyə çırpıldı, sərnişin öldü

17 may 2024 , 04:30
Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI

Naxçıvanda maşın 35 yaşlı kişini vurub AYAQLARINI QIRDI

17 may 2024 , 01:20