İrana casusluq edənlərin istəyi reallaşmadı
29 mart 2016 10:14 (UTC +04:00)

İrana casusluq edənlərin istəyi reallaşmadı

 

 

 

Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Hafiz  Vəliyev və Ağamir Ağamirovun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib.

 

Qeyd edək ki, hər iki şəxs İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs ömürlük olaraq azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxslər apellyasiya şikayəti verərək cəzanın azaldılmasını istəyiblər.

 

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Səlcuq Elçin

Oxşar yazılar