İran səfiri Gəncəyə gedib
03 may 2013 13:42 (UTC +04:00)

İran səfiri Gəncəyə gedib

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Gəncəyə səfər edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, səfir şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.

 

Səfir Möhsün Pak Ayin Gəncəyə ilk dəfə səfər etdiyini deyib: “Məqsədim dahi Nizami Gəncəvinin vətənini görmək, onun məqbərəsini ziyarət etməklə yanaşı, həm də bu şəhərlə İran arasında əməkdaşlığın sahələrini genişləndirməkdir”.

 

Gəncə ilə bağlı səfirə məlumat verən İcra Hakimiyyəti başçısı Gəncədə İran günlərinin keçirilməsində maraqlı olduqlarını vurğulayıb.

 

Görüşdə Gəncənin İranın şəhərlərindən biri ilə qardaşlaşmasına da toxunulub. Qonaq bildirib ki, Gəncənin İranın Ərdəbil şəhəri ilə qardaşlaşmasını arzulayırlar. Buna cavab olaraq Elmar Vəliyev Gəncənin Təbrizlə qardaşlaşması təklifini irəli sürüb və bildirib ki, gəncəlilər Təbrizi daha çox sevir və bu şəhər daha doğmadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46