Goranboy rayonunda hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 312 kv.m olan ikimərtəbəli inzibati binanda yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın çardağının yanar konstruksiyaları 0,5 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa Abşeron rayonu, Masazır kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv. m olan kürsülü, birmərtəbəli 3 otaqlı evin zirzəmisinin tavanı 30 kv. m sahədə və zirzəmiyə yığılmış köhnə ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.