Bu gün Bakı Ağır Cinayətlər Məhkəsində həbs edilən hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra dəvam edib. Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkilləri zərərçəkmiş Gülşən Orucovanın bank hesabına köçürülmüş pulun hesabdan çıxarılıb-çıxarılmamasının araşdırılması barədə vəsatət veriblər.
Lakin məhkəmə vəsatəti baxılmamış saxlayıb.
Daha sonra məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı ittiham aktını elan edib. Bundan sonra İ. Əliyevə ifadə vermək təklif olunub.
İ. Əliyev müdafiəsinə şərait yaradılmadığını əsas gətirərək, ifadə verməkdən imtina edib.
Məhkəmə baxışı fevralın 19-da davam etdiriləcək.
13:06
******
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyevin barmaqlıqlar arxasından çıxarılaraq vəkillərinin yanında əyləşməsi təmin edilib. Bundan sonra təqsirləndirilən şəxsin vəkili Fəxrəddin Mehdiyev İntiqam Əliyev barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər vəsatəti təmin etməyib.
Vəkillər İntiqam Əliyevin səhhəti ilə əlaqədar daha əlverişli maşınla məhkəməyə gətirilməsi ilə bağlı vəsatət verib. Hakimlər kollegiyası vəsatəti qəbul edib və məhkəmə tərəfindən Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediləcəyi bildirilib.
Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.