İntiqam Əliyevin məhkəməsində prokurorun vəsatəti təmin olunmadı
07 aprel 2015 17:11 (UTC +04:00)

İntiqam Əliyevin məhkəməsində prokurorun vəsatəti təmin olunmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Hüquq Maarifçiliyi Cəmiyyətində mühasib vəzifəsində işləmiş Gülyanə Həbibova ifadə verib. Şahid layihələrin nə cür tərtib olunması, maliyyənin necə xərclənməsi ilə bağlı dövlət ittihamçısının, vəkillərin və hakimin suallarını cavablandırıb.

Dövlət ittihamçısı vəkillər - Adil İsmayılov, Fariz Namazlı, Əlayif Həsənov və Anar Qasımlının şahid qismində dindirilməsi ilə bağlı vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
 

Bundan sonra məhkəmədə zərərçəkmiş qismində iştirak edən Sadıq Bağırov imzaların İntiqam Əliyevə məxsus olub-olmamasını yoxlamaq üçün xəttşünaslıq ekspertizasının təyin olunması ilə bağlı vəsatət qaldırıb.
 

Məhkəmə hazırkı mərhələdə vəsatətin təmin olunmasını zəruri hesab etməyib.

 

Məhkəmə prosesi aprelin 14-ə kimi təxirə salındı.
 

Qeyd edək ki, İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197
avatar

Səlcuq Elçin

Oxşar yazılar