Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İntiqam Əliyev son sözlə çıxış edib.
Çıxışında ona qarşı qaldırılan ittihamların heç biri əsası olmadığını bildirib.
Məhkəmə prosesi qərar qəbul etmək üçün müşavirə gedib. Müşavirədən qayıdan hakimlər kollegiyası İntiqam Əliyevin 7il 6ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ. Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) , 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.
Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən İntiqam Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.