Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyev Bakı İstintaq Təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb. Lent.az-ın məlumatına görə, İntiqam Əliyev cəzasının qalan hissəsini 6 saylı cəzaçəkmə müəssəsində çəkəcək.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, ötən il avqustun 8-də həbs edilib.