İmişlidə kanalda boğulan 43 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNİB
13 avqust 2015 18:11 (UTC +04:00)

İmişlidə kanalda boğulan 43 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNİB

0

 

İmişlidə kanalda boğulan 43 yaşlı kişinin meyiti sudan çıxarılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Mürsəlli kəndində süni göldə batmış 1972-ci il təvəllüdlü Cəfərov Əsəd  Allahverdi  oğlunun axtarışları başa çatmışdır. Ə.Cəfərovun cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 5 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

 

 

****

16:55

İmişlidə 1 nəfərin suda batdığı ehtimal olunur. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Mürsəlli kəndində su kanalında batdığı ehtimal olunan 1 nəfərin axtarışına nazirliyinin dalğıc-xilasediciləri tərəfindən başlanılıb.

 

Əlavə məlumat veriləcək

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 373

Oxşar yazılar