İltimas Məmmədov: "Problem aradan qaldırılıb"
17 noyabr 2015 00:20 (UTC +04:00)

İltimas Məmmədov: "Problem aradan qaldırılıb"

Günün ikinci yarısından etibarən ölkə əraisində internet təchizatı ilə bağlı yaranan problem artıq aradan qaldırılıb. Bunu "APA-Economics"ə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən İltimas Məmmədov deyib.

 

"Təxminən 22:00 radələrində problem aradan qaldırılıb. İnternet artıq var, qoşulur… Digər texniki məsələlərlə mütəxəssislərimiz məşğul olur. Əsas odur ki, problem aradan qalxır, internet var. Artıq regionlar, Naxçıvan internetə qoşulub, Bakı da qoşulmaqdadır", - deyə İ. Məmmədov bildirib.

 

Qeyd edək ki, bu gün saat 15:10 radələrindən etibarən Azərbaycan ərazisinin böyük bir hissəsi internetsiz qalıb. Buna səbəb ölkənin əsas internet provayderi "Delta Telekom" MMC-nin (bazarda payı 90%-dir) DATA Mərkəzindəki ana naqildə baş verən yanğındır. Hadisə yerinə yanğınsöndürən birqadalar cəlb olunub, qısa zamanda yanğın aradan qaldırılıb.

# 253
avatar

Oxşar yazılar