Bu barədə APA-ya vəkil Xalid Bağırov məlumat verib. Onun sözlərinə görə, Nəsimi Rayon Məhkəməsi İ. Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Qeyd edək ki, Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.
Məhkəmə bu gün T. Yaqublu da barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.