İlhamə Quliyevanın bacısı məhkəmədə ifadə verib
20 sentyabr 2016 11:58 (UTC +04:00)

İlhamə Quliyevanın bacısı məhkəmədə ifadə verib

0

 

Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, hakim Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi  Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi, İ. Quliyevanın bacısı İradə Həsənova ifadə verib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

 

İradə Həsənova M. Hüseynovanın qanun çərçivəsində cəzalandırılmasını istəyib.

 

Proses sentyabrın sentyabrın 27-də davam edəcək.

 

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 383

Oxşar yazılar