Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa az ağır zərbə vurmaqda təqsirləndirilən türkiyəli vətəndaşları Mehmet Tekin və Hikmet Kayakin öz ölkələrinə ekstradisiya olunması ilə bağlı məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev və Əlövsət Abbasovun sədrliyi ilə keçirilən proseslərdə qərar elan edilib. Qərarlara əsasən hər iki vətəndaş öz ölkələrinə göndərilib.
Qeyd edək ki, hər iki şəxs ayrı-ayrılıqda cinayət işləri ilə bağlı saxlanılıb. Türkiyədə qəsdən sağlamlığa az ağır zərbə vurmaqda təqsirləndirilən Mehmet Tekin və Hikmet Kayakin Azərbaycanda saxlanılıb. Türkiyə səfirliyi həmin şəxslərin Türkiyəyə ekstradisiya olunmasını istəyib.