İki teleaparıcı işdən çıxarıldı
11 may 2013 15:30 (UTC +04:00)

İki teleaparıcı işdən çıxarıldı

Türkiyənin ATV telekanalının rəhbərliyi iki teleaparıcını işdən kənarlaşdırıb. Lent.az-ın Ans Press-ə istinadən verdiyi məlumata görə, səhər saatlarında nümayiş olunan “Kahvaltı Haberleri” proqramının aparıcıları Hilal Ergenekon və İbrahim Güneş veriliş zamanı səhvə yol veriblər. Onların bu səhvi isə baha baş gəlib. Onlar studiyada çay içərkən aralarındakı kiçik dialoq zamanı kanalda aylıq məvacib verilməsində problemlərin olduğunu bildiriblər.

“Bu gün studiyada çayları İbrahim sifariş verib. Əvvəlcə təəccübləndik, amma sən demə, İbrahimin maaşını veriblər. Ona görə hamımıza çay sifariş verirmiş. Fəqət, rejissor otağındakılara çay çatmayıb” - Hilal Ergenekon deyib.

Buna cavab verən İbrahim Güneş söyləyib: “Mənim maaşım minimal maaşdır. Hilalın maaşını hələ verməyiblər, ona görə danışır”.

Bu dialoqdan sonra telekanal rəhbərliyi onları işdən uzaqlaşdırıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Oxşar yazılar