Dəhşətli ailə qətliamının baş verdiyi rayonun rəisi işdən çıxarıldı
20 dekabr 2017 15:07 (UTC +04:00)

Dəhşətli ailə qətliamının baş verdiyi rayonun rəisi işdən çıxarıldı

 
Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.
 
 
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.
 
 
Qeyd edək ki, ötən  günlərdə Salyanda 3 il əvvəl baş vermiş dəhşətli cinayətin üstü açılmışdı. Hadisənin açılmasına səbəb isə Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişində yayımlanan süjet olmuşdu. Belə ki, Salyanda yoxa çıxmış ana və qızları barədə məlumat yayımlandıqdan sonra dəhşətli faktın üstü açılmışdı. Ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf etmişdilər.
 
Məlum olmuşdu ki, 2014-cü ildə Salyan şəhərinin "Zavod " məhəlləsində yaşayan Mehparə Nadir qızı Əliyeva dörd qızı - İradə, Rəqibə, Sevda və Ümidə ilə birlikdə itkin düşüb. Ailənin başçısı Fərhad Məhərrəm oğlu Əliyevin içki düşkünü olması ucbatından yaşanan münaqişələrə görə qadının qızlarını götürərək Türkiyəyə getdiyi ehtimal olunsa da, onların Fərhad Əliyev tərəfindən öldürülərək oğlu Fəqanın köməkliyi ilə həyətlərində basdırıldığı ortaya çıxmışdı.
 
 
5 nəfər ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Fərhad Məhərrəm oğlu Əliyev və onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyev barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçilib.
 
Qatil Fərhad Məhərrəm oğlu Əliyev dindirmə zamanı arvadını və qızlarını “onu saymadıqları üçün” öldürdüyünü deyib: “Onlar məni ailə başçısı kimi saymırdılar, hörmət etmirdilər və baxmırdılar. Bu səbəbdən öldürdüm". 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Səlcuq Elçin

Oxşar yazılar