İbrahimoviçdən maraqlı rekord
23 noyabr 2017 04:47 (UTC +04:00)

İbrahimoviçdən maraqlı rekord

“Mançester Yunayted” klubunun hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında yeddi müxtəlif klubun heyətində çıxış etmiş ilk futbolçu olub.

 

APA-nın xəbərinə görə, ötən axşam isveçli forvard turnirin qrup mərhələsində “Bazel” ilə görüşdə meydana çıxıb. Matç “Bazel”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bundan əvvəl 36 yaşlı futbolçu “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və “PSJ”-nin formasında qitənin ən nüfuzlu turnirində iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147
avatar

Oxşar yazılar