Xuliqanlıqda təqsirləndirilən hüquq müdafiəçisinə 3 il həbs cəzası verildi
22 iyul 2015 18:51 (UTC +04:00)

Xuliqanlıqda təqsirləndirilən hüquq müdafiəçisinə 3 il həbs cəzası verildi

0

Bu gün Göyçay Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən hüquq müdafiəçisi Taleh Xasməmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Fərhad Əfəndiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Taleh Xasməmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək hüquq müdafiəçisinin 4 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Xatırladaq ki, T.Xasməmmədov Azərbaycan Respublikası CM-nin   221.2.2-ci maddəsi (hakimiyyət  nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq törətmək) ilə məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar