Hollandiyanın Hessen şəhərində müəmmalı şəkildə vəfat edən azərbaycanlı qızın qardaşı Lent.az-la əlaqə saxlayıb. O, bildirib ki, bacısı, 23 yaşlı Əfsanə Əliyevanın ölümü ilə bağlı məlumatı Azərbaycanın Hollandiyadakı səfirliyindən alıblar: “Bizə ölümlə bağlı ətraflı məlumat verilməyib. Polis də ölümün səbəbini açıqlamayıb. Meyit hələ də Hollandiyada ekspertizadadır və onun Azərbaycana nə vaxt göndəriləcəyi məlum deyil”.
Ə.Əliyevanın yaxın dostlu olan nigeriyalı mühacir Prince Ukeke Onvan isə Lent.az-ın əməkdaşına bildirib ki, polis onunla əlaqə saxlayıb Ə.Əliyevanın fotosunu göstərib: “Mən şəkilə baxandan sonra ölən şəxsin Əfsanə olduğunu təsdiqlədim. Amma məni meyitin yanına buraxmadılar. Əfsanənin heç bir dini inancı da yox idi, ateist idi. Ona görə də, hadisə baş verən gün əynində hicabın olması müəmmalıdır”.
Ə.Əliyevanın dostu əlavə edib ki, hadisə baş verərkən onun üzərində hər hansı sənəd olmayıb. Polis Ə.Əliyevanın ünvanını şəxsi kod vasitəsi ilə əldə edib.
**
18:49
Noyabrın 14-də Hollandiyanın Hasselt şəhərində 23 yaşlı azərbaycanlı Əfsanə Əliyevanın meyiti tapılıb. Lent.az-ın məlumatına görə, Ə.Əliyevanın meyiti həmin gün şəhər qəbiristanlığına yaxın yerləşən parkda gəzintiyə çıxmış şəxslər tərəfindən müəyyən edilib.
Polis Ə.Əliyevanı sonuncu dəfə görən şəxslərin ifadəsini alıb. Onlar bildiriblər ki, Ə.Əliyeva həmin gün hicabda olub və uzun üst geyimi geyinibmiş və ingilis dilində danışırmış.
Araşdırma nəticəsində məlum olub ki, Ə.Əliyevanın ölümündə cinayət izi aşkarlanmayıb.
Ə.Əliyevanın ölüm xəbəri ailəsinə ötən gün verilib. Onun cənazəsi hələ Azərbaycana göndərilməyib.