Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü ilə bağlı iyunun 26-da keçiriləcək hərbi paradın əsas məşqi keçirilib.
APA-nın xəbərinə görə, əsas məşqdə müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, hərbi qurumların rəhbərləri iştirak edib. Əvvəlcə şəxsi heyət tribuna önündən keçib. Daha sonra hərbi texnikanın keçidi olub.
Bununla da hazırlıq başa çatıb.