Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) inventarındakı bir neçə gəminin utilizasiyası həyata keçiriləcək.
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
Utilizasiya olunacaq gəmilər artıq istismara yaramır. Onların arasında HDQ-nin D-434 bort nömrəli desant gəmisi də yer alır.
Artıq həmin gəmilərin üzərindəki silah sistemləri və naviqasiya cihazları sökülüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, 1992-ci ildən Azərbaycan HDQ-nin inventarında yer alan 770T layihəli D-434 bort nömrəli desant gəmisi 1965-ci ildə Polşanın Qdansk şəhərindəki tərsanədə inşa edilib.