Hərbçi və polisin avtomobili qəzaya düşdü: <span style="color:red;">yaralılar var
21 aprel 2014 12:39 (UTC +04:00)

Hərbçi və polisin avtomobili qəzaya düşdü: yaralılar var

Bərdə rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnə yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, rayon ərazisində Milli Ordunun hərbçisi, Xudaverdiyev Ceyhun Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” ilə Bərdə rayon Polis Şöbəsinin əməkdaşı, Salahov Fərman Şamil oğlunun sürdüyü “Mercedes” toqquşub. Nəticədə hər iki sürücü, eləcə də “VAZ 2106”da olan 2 sərnişin: Ələsgərov Bəxtiyar Məzahir oğlu və Ələsgərov Səbuhi Mürşüd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.

# 3547
avatar

Nizam Rza

Oxşar yazılar