Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanlı cinayət törətməkdə təqsirli bilinən Tural Yusifovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Tural Yusifov 3 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə kəçən il Pirşağı qəsəbəsində baş verib. Qəsəbə sakini Tural Yusibov həmyerlisi Əliabas Allahyarovla mübahisə edib. T.Yusifov Ə.Allahyarovu bıçaqlayıb. Buna səbəb zərərçəkənin T.Yusifovu söyməsi olub. Ə. Allahyarov xəstəxanaya çatdırılıb və onun həyatı xilas edilib. Polis əməkdaşların əməliyyat axtarış tədbirləri nəticəsində T.Yusifov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.1( qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.