Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional ofisi Ağcabədi rayonu Hacıbədəlli kəndində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramı münasibətilə tədbir keçirib.
Tədbirdə məktəb şagirdləri tərəfindən müxtəlif səhnələr nümayiş etdirilib, bayram musiqiləri və şerlər səsləndirilib.
Hacıbədəlli kənd orta məktəbində keçirilən tədbirdə çıxış edən ofisin rəhbəri Radə Telmanqızı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında uşaq və yeniyetmələrə məlumat verib, onun əhəmiyyətindən söhbət açıb.
Qeyd edək ki, regional ofis bayram tədbirlərini silsilə olaraq digər məktəblərdə də davam etdirəcək.