Həmkəndlisinin evini yandırdı
03 sentyabr 2013 14:28 (UTC +04:00)

Həmkəndlisinin evini yandırdı

Əvvəllər məhkum olunmuş şəxs həmkəndlisinin evini qəsdən yandırıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cari ilin avqust ayının 31-də Samux rayonunun Əhmədbəyli kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Bayramov həmkəndlisi Gülçin Mahmudovanın evini qəsdən yandırıb. Nəticədə 21 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

 

C. Bayramov Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432
avatar

Oxşar yazılar