Bakı Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən Nailə Bağır birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.
Lent.az-ın məlumatına görə, , hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən N.Bağırın apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, N.Bağır 2013-cü ildə iki qadını Türkiyəyə apararaq, onları cinsi istismara qoyub. Zərərçəkmişlər 2016-cı ildə N.Bağırdan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə şikayət ediblər. Daha sonra N.Bağır saxlanılıb.
O, Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və ya daha çox şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham olunub.
Bu il iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Bağır 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apellyasiya şikayəti verib.
Xatırladaq ki, N.Bağır 2009-cu ildə də eyni əmələ görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsində onun cəzası 3 ilə endirilib. 2012-ci ildə azadlığa çıxıb, məhkumluğu tam ödənilməyib.