Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1986- ci il təvəllüdlü Ayşə Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı mayın 18-ə təyin edilib.
Qeyd edək ki, Ayşə Əlizadə Daxili İşlər Nazirliyinin İnsan Alveri Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, həmcinslərini cinsi istismarda ittiham edilib. Ona Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə ittiham verilib.