Saday Şəkərlinin vəkilinin vəsatəti baxılmamış saxlanılıb
06 aprel 2016 13:39 (UTC +04:00)

Saday Şəkərlinin vəkilinin vəsatəti baxılmamış saxlanılıb

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxuyla pul tələb etməkdə təqsirləndirilən şair Saday Şəkərovun (Saday Şəkərli) cinayət işi üzrə məhkəmə prosesi davam edib. Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hal şahidləri ifadə verib. Onların istintaqa verdiyi ifadə ilə məhkəmə zamnı verdiyi ifadə arasında ziddiyyətlər yaranıb.

 

Prosesdə vəkil Bəhruz Bayramov vəsatətlə çıxış edərək, əsas şahid olan Vergilər Nazirliyinin əməkdaşı Asif Cahangirovun məhkəməyə gətirilməsini tələv edib: "Saday Şəkərli birbaşa bu şəxsin ərizəsi ilə həbs edilib. Ancaq bu şəxs məhkəməyə gəlməkdən boyun qaçırır. Xahiş edirəm, məhkəməyə məcburi gətirilsin".

 

Vəsatət baxılmamış saxlanılıb və Asif Cahangirova bildiriş göndərilib.

 

Məhkəmə prosesi aprelin 14-də davam edəcək.

 

Qeyd edək ki, keçən il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 487

Oxşar yazılar