[b]Həbsxanada ölən vəzifəli şəxslə bağlı araşdırma aparılır[/b]
19 iyul 2016 11:57 (UTC +04:00)

[b]Həbsxanada ölən vəzifəli şəxslə bağlı araşdırma aparılır[/b]

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı  təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

 

APA-nın məlumatına görə, prosesdə hakim Eldar İsmayılov bildirib ki, təqsirləndirilən şəxs Nüsrət Muxtarov təcridxanada vəfat etdiyi üçün hüquqi varisi müəyyənləşməlidir. Hakim qeyd edib ki, ölüm faktı ilə əlaqədar Sabunçu Prokurorluğunda araşdırma aparılır.

 

 

Buna görə məhkəmə iyulun 26-dək təxirə salınıb.

 

 

Qeyd edək ki, ötən il aprelin 10-da Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.

 

Faktı üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

APA Baycan

Oxşar yazılar