
Həbsdə olan mayor şikayətçidir
0
0
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, mayor Akif Əliyev barəsində olan hökmdən apellyasiya şikayəti verib.
Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Anar Qasımlı məlumat verib.
Vəkil bildirib ki, artıq şikayət Bakı Hərbi Məhkəməsinə təqdim edilib. Vəkil müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Akif Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
0
0