Hüquq müdafiəçisinin cinayət işindən kassasiya şikayəti
06 may 2015 17:00 (UTC +04:00)

Hüquq müdafiəçisinin cinayət işindən kassasiya şikayəti

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, Bəşir Süleymanlı və  Elnur Məmmədovun cinayət işindən kasasiya şikayəti verilib. Lent.az-ın məlumatına görə, artıq kassasiya şikayəti hazırlanaraq Bakı Apellyasiya məhkəməsinə təqdim edilib.  

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Anar Məmmədli 5 il 6 ay və Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Süleymanlı məhkəmə zalından həbs edilib.  Elnur Məmmədov isə 3 il 6 ay müddətinə şərti cəza alıb. Bakı Apelyasiya Məhkəməsi birinci məhkəməsinin hökmünü qüvvədə saxlayıb. 

Bəşir Süleymanlı 2015-ci ilin mart ayında prezidentin əfv sərancamı ilə azadlığıa buraxılıb.


Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda ittiham olunur. Məhkəmə onu üç ay müddətinə həbs edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 126
avatar

Səlcuq Elçin

Oxşar yazılar