“NİDA” Vətəndaş Hərəkatının saxlanılan 3 üzvü ilə bağlı əməliyyat çəkilişi yayılıb.
Lent.az-ın xəbərinə görə, çəkilişdə həbs olunanlardan götürülən əşyalar, həmçinin onların açıqlamaları var.
Açıqlamalarda gənclər martın 10-da keçirilməsi nəzərdə tutulan aksiya zamanı “Molotov kokteyli”ndən istifadə etməyi planlaşdırdıqlarını deyiblər. Onlar bunun səbəbini “köhnə mübarizə metodları işə yaramadığı üçün yeni metod seçib, xaos yaratmağa çalışmaları” la üşün ” əcək aksiya zamanı kənar təhriklərlə dövlət çevrilişinə hazırlaşırlar. Onlar bildiriblər ki, mübarizənin əski metodlarını köhnəlmiş hesab edirlər, bu səbəbdən də yeni metodlara əl atmaq istəyiblər. Bu səbəbdən ilə izah ediblər.
Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğu “Nida” Vətəndaş Hərəkatının 3 üzvünün həbsi barədə birgə məlumat yayıb.
Məlumatda bildirilib ki, hüquq-mühafizə orqanlarına martın 10-da keçirilməsi nəzərdə tutulan razılaşdırılmamış aksiyada insanları zorakılığa və vətəndaş qarşıdurmasına təhrik edəcək 3 şəxs barəsində daxil olmuş əməliyyat məlumatları cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarları əsasında araşdırılıb.
Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarının birgə həyata keçirdikləri axtarış tədbirləri nəticəsində Bəxttiyar Quliyev, Şahin Novruzlu, Məmməd Əzizov saxlanılıb. Onların evlərindən “Molotov kokteyli”, narkotik maddələr və 94 min manat pul, həmçinin “təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış vərəqlər götürülüb.
Həmin faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.