Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda saxlanılan nurçuların apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, prosesdə apellyasiya şikayətlərinin qismən təmin edilməsi barədə qərar qəbul edilib.
Qərara əsasən, İsmayıl Məmmədov və Eldəniz Hacıyevin cəzası 2 il 6 aya endirilib, digər üç nəfər isə məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanları 2013-cü ilin aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən 41 nurçu saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, nurçuluğu təbliğ edən audio və video materiallar müsadirə olunub.
Yasamal rayon Məhkəməsinin hökmü ilə həmin iş üzrə Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Onların hər biri məhkəmə zalında həbs edilib.
Adı çəkilən şəxslər Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə ittiham olunub.
15:08
Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda həbs edilən nurçular barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
"Report"un məlumat görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Hakimlər kollegiyasının qərarına əsasən, Rəvan Səbzəliyevin cəzası başa çatdığı üçün məhkəmə zalından azadlığa buraxılıb. Zəkəriyyə Məmmədov və Şahin Həsənov barəsində 2 il yarım sınaq müddəti olmaqla azadlığa buraxlıb. Digər iki şəxs - Eldəniz Hacıyev və İsmayıl Məmmədovun cəzası 5 ildən 3 ilə endirilib.
Qeyd edək ki, 2013-cü ilin aprel ayında hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində apardıqları axtarış zamanı evdə toplantı keçirən "nurçu" təriqətinin 41 üzvü saxlanılıb. Həmin şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.
Daha sonra onlardan 5 nəfəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etmə) maddələri ilə ittiham olunub.
Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayətləri veriblər. Təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesin ilkin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Məhkəmə nurçuların kassasiya şikayətini təmin etməyib. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.