Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, Heydər Əliyev prospekti əsas yolda Koroğlu metro stansiyası istiqamətində tıxac müşahidə olunur.
NİİM sürücülərə alternativ olaraq kənar yoldan istifadə etməyi məsləhət görür.
Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Heydər Əliyev prospektində xəsarətlə nəticələnməyən yol qəzası baş verib. Nəticədə prospektdə tıxac yaranıb. Hazırda polis tıxacın aradan qaldırılması istiqamətində iş aparır.