Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Fəva Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə V.Zeynalova 2500 manat miqdarında cərimə olunub. Buna səbəb yeni dəyişiklərə əsasən Cinayət Məcəlləsinə edilən dəyişiklikdir. Belə ki, yeni məcəlləyə görə, 10 min manatadək ziyan az ağır cinayətlər kateqoriyasına daxil edilib. Fəva Zeynalov maddəsi dəyişdirilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Fəva Zeynalova Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilib. O, 9 min manat dəyərində qızıl oğurlaylb. Məhkəmə dövründə proseslərə gəlməyən Fəva Zeynalova barəsində axtarış elan edilib və mayın 17-də haqqında həbs-qətimkan tədbiri seçilib. O, saxlanılan zaman dəymiş ziyan ödənilib. Barışıq əldə edilib.
Onu da qeyd edək ki, təqsirləndirilən şəxs hamilədir.