Hakimin oğlunu öldürən şəxsin məhkəməsində polis ifadə verdi
10 yanvar 2017 11:48 (UTC +04:00)

Hakimin oğlunu öldürən şəxsin məhkəməsində polis ifadə verdi

0

Ləğv edilən MTN-in generalı Akif Çovdarovun işinə baxan hakim Elbəy Allahverdiyevin oğlunun öldüyü qəza ilə bağlı təqsirləndirilən 1987-ci il təvəllüdlü Rəhim Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində DYP əməkdaşı Gülhüseyn Ağayev ifadə verib. O, ifadəsində hadisə zamanı əraziyə gəlib və ölüm hadisəsi baş verdiyini görüb: "Bununla bağlı bölməyə müraciət etdim. Təcili yardımı çağırdıq". Vəkillərin suallına cavab olaraq bildirib ki, hadisə zamanı təqsirləndirilən şəxs ona yaxınlaşaraq avtomobilin ona məxsus olduğunu deyib. Proses yanvarın 17-ə təyin edilib.

 

Qeyd edək ki, hadisə mayın 11-də saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib. Qeyd edək ki, 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. O, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğludur. Elbəy Allahverdiyev Gəncə Ağır Cinayətlərin hakimi olub. Ondan sonra Tərtər Hərbi Məhkəməsinə təyinat alıb. Məhz 2016-cı ildə Elbəy Allahverdiyev Bakı Hərbi Məhkəməsinə göndərilib. Onu da qeyd edək ki, təqsirləndirilən Rəhim Kərimovun atası Yüzasif Kərimov isə Mərkəzi Klinik Xəstəxananın sabiq baş həkimi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar