Bu barədə APA-nın Mİl-Muğan bürosuna BDYP-nin müstəntiqinin verdiyi məlumata görə, bu gün saat 17.00 radələrində Bakı-Qazax yolunun 131-ci kilometrliyində Hacıqabul rayonunun Muğan qəsəbə sakini Məmmədli Vüsal Mahir oğlunun idarə etdiyi VAZ 21154 markalı 90 ED 288 dövlət nömrə nişanlı avtomobillə yolu keçən Muğan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Rəhimov Şükür Qabil oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı BDYPİ-də cinayət işi açılıb, istintaq aparılır.