Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sabirabad sakini, 1987-ci iltəvəllüdlü Qənbərov Cavanşir Ələddin oğlunu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisə yerindən qaçan sürücünün axtarışları aparılır.
Faktla bağlı cinayət işi başlanılıb.