Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirlib.
Lent.az-ın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə iddia təmin edilməyib.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.