Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmədə təqsirləndirilən Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Lent.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Ə.Salahzadə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
Ə.Salahzadə Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi isə ittiham olunur.