Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə mayın 29-da Çeçenistanın paytaxtı Qroznıya səfərə gedəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Paşazadə Qroznıda keçiriləcək 6-cı Beynəlxalq Sülhyaratma Forumunda iştirak edəcək.
Mövzusu “İslam - Sülhün dini” olan Forum mayın 30-31-də keçiriləcək.