Gömrükçülər xeyli sayda qanunsuz siqaret və araq aşkar etdi
19 avqust 2016 10:54 (UTC +04:00)

Gömrükçülər xeyli sayda qanunsuz siqaret və araq aşkar etdi

0

Gürcüstandan Azərbaycana xeyli sayda qanunsuz siqaret və spirtli içkinin keçirilməsinin qarşısı alınıb.

 

 

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn mikroavtobusa gömrük baxışı keçirilib.

 

Baxış zamanı, həmin nəqliyyat vasitəsinin yük yerində, mikroavtobusda sərnişin qismində əyləşən Azərbaycan vətəndaşına məxsus sellofan torbalarda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış - 244 ədəd 0,5 litrlik, 20 ədəd 1 litrlik xarici markalı araqlar, 18 min ədəd isə xarici markalı siqaret aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar