Gülər Əhmədovanın şikayətinə baxılmadı
15 avqust 2013 15:28 (UTC +04:00)

Gülər Əhmədovanın şikayətinə baxılmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə olan məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.


 

G. Əhmədovanın vəkili Raqif Mustafayevin APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. R. Mustafayev bildirib ki, prosesdə G. Əhmədovanın özü də iştirak edib. O, çıxışında məhkəmənin onun barəsində çıxardığı qərarı ədalətsiz adlandırıb.

 

Xatırladaq ki, bir müddət əvvəl Səbail rayon Məhkəməsində istintaq orqanının sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verdiyi təqdimata baxılıb. Məhkəmə istintaq orqanının vəsatətini təmin edərək, G. Əhmədova barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin 3 ay uzadılması barədə qərar qəbul edib.

 

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

 

G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1150
avatar

Oxşar yazılar