Gülər Əhmədova: "Mən danışmayacağam" - YENİLƏNİB
18 dekabr 2012 02:00 (UTC +04:00)

Gülər Əhmədova: "Mən danışmayacağam" - YENİLƏNİB

02.08.
Lent.az-ın müxbiri Gülər Əhmədovanın bacısı Gülnar xanımın mobil telefonuna zəng edib.  Bacısı keçmiş millət vəkilinin saxlanılmadığını deyib.

Daha sonra G. Əhmədova özü telefonu alıb və saxlanılıb-saxlanmaması barədə suala belə cavab verib: "Mən danışmayacam".

Bundan sonra o, telefonu qapadıb.  

***

00. 25

Dekabrın 17-də Azərbaycan Milli Məclisinin keçmiş üzvü Gülər Əhmədova həbs olunub. Bu barədə Lent.az-a daxil olan məlumatı onun ailəsindən təsdiqləyiblər. Məlumatda bildirilib ki, G.Əhmədova saat 22 radələrində evində həbs edilərək aparılıb.

 

Qeyd edək ki, aznews.az saytının yaydığı ilk məlumatda G. Əhmədovanın ölkəni tərk etmək istəyərkən, Qazax rayonundakı keçid məntəqəsində saxlanıldığı bildirilmişdi.

 

Keçmiş millət vəkilinin qardash İlqar Mikayıloğlu G.Əhmədovanın hazırda evində olduğunu, həbs xəbərinin yalan olduğunu bildirib.

 

Haqqın.az saytı G. Əhmədovanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinaytkarlığa qarşı mübrizə İdarəsinin əməkdaşları tərəfindən  saxlanıldığını yazıb.

 

Hadisənin təfsilatlarını dəqiqləşdirməyə çalışırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14269
avatar

Oxşar yazılar